Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4557

Digər sorğular

“Moody`s“: Dağlıq Qarabağ münaqişəsi MDB-nin iqtisadiyyatına mənfi təsir edir

10:25  |    12 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Neftin qiymətinin stabilləşməsi MDB üzvü olan 9 ölkəyə birbaşa və dolayı iqtisadi və maliyyə təzyiqi azaldıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Buna baxmayaraq, agentliyin 2017-ci il üzrə region ölkələri ilə bağlı proqnozu neqativdir. Buna səbəb MDB ölkələrinin xarici valyutada ifadə olunan irihəcmli borclarının olmasıdır.
Ötən il "Moody`s" agentliyinin MDB regionunun 5 ölkəsinin reytinqi ilə bağlı proqnozu neqativ olub. Buna da səbəb neftin qiymətlərinin enməsidir. "Neftin ucuzlaşması həmin ölkələrin daxilolmalarına ciddi təsir edib. Bu isə həmin ölkələrin iqtisadiyyatına zəncirvari qaydada neqativ effekt göstərib. Nəticədə MDB ölkələri pul-kredit və vergi-büdcə siyasətini dəyişməli oldu. Buna baxmayaraq, cari il üzrə makroiqtisadi proqnoz aşağı səviyyədədir, kredit riskləri isə hələ də dominantlıq edir", - deyə agentliyin böyük vitse-prezidenti Kristin Lindou bildirib.
K. Lindou əlavə edib ki, orta hesabla region ölkələrinin ÜDM-i 2017-ci ildə 2%, 2018-ci ildə isə 3% artacaq. "Cari ildə neftin bahalaşması neft ixracatı ilə məşğul olan region ölkələrinin daxilolmalarını artıracaq ki, bu da onlara bir sıra manevr imkanları verəcək", - deyə o bildirib.
Vitse-prezident qeyd edib ki, geosiyasi münaqişələr cari ildə də MDB ölkələrinin iqtisadiyyatına neqativ təsir edəcək. Buna misal olaraq K. Lindou Qərb ölkələrinin Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların tətbiqini, o cümlədən Azərbaycanla Ermənistan arasında arabir vəziyyətin gərginləşməsini göstərir. "Bizim reytinqlərimizi alan MDB-nin 9 ölkəsindən yalnız Belarus və Qazaxıstan hərbi münaqişələrə cəlb olunmayıb", - deyə o bildirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
30.04.2017
Cəbhədə erməni təxribatı davam edir
29.04.2017
Atəşkəs 120 dəfə pozulub
28.04.2017
Polkovnik ayağını belə itirdi - Qalım günü yazısı
28.04.2017
Moskva danışıqları bitdi - BƏYANAT YAYDILAR
28.04.2017
Atəşkəs 120 dəfə pozulub