"Taliban" İŞİD ilə mübarizəni davam etdirəcəyini vəd etdi

"Taliban" İŞİD ilə mübarizəni davam etdirəcəyini vəd etdi backend

Əfqanıstanda hakim Taliban hərəkatı İŞİD təşkilatının Əfqanıstan qanadına daxil olan “Vilayət Xorasan” terror qruplaşmasına qarşı mübarizəni davam etdirəcək.

Qaziler.az “RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu "Taliban"ın Qətərdəki siyasi ofisinin rəhbəri Süheyl Şahin bildirib.

Şahin açıqlaması ilə “Crocus City Hall”da baş verən faciədən sonra Talibanla Rusiya arasında terrorla mübarizədə əməkdaşlığın mümkün olub-olmaması sualını cavablandırıb.

“Biz üzərimizə düşəni edirik və əlimizdən gələni edəcəyik. Biz onlarla mübarizə aparırıq və onların Əfqanıstanda bizim üçün təhlükə yaratmasına imkan verməyəcəyik”, - ofisin rəhbəri bildirib.

Qeyd edək ki, “Crocus City Hall”a hücuma görə məsuliyyət daşıyan terrorçular İŞİD-in Əfqanıstan qanadına məxsus “Sadoi Xuroson” (“Xorasanın səsi”) teleqram kanalı vasitəsilə cəlb edilib.

QAZİLER.AZ

Diaspora