Putin korteji saxlayıb yerli sakinlərlə söhbət etdi - VİDEO

Putin korteji saxlayıb yerli sakinlərlə söhbət etdi - VİDEO backend

Rusiya prezidenti Vladimir Putin Tver vilayətinin Torjoka şəhərinə gələrək yerli sakinlərlə söhbət edib.

Qaziler.az xəbər verir ki, görüntüləri jurnalist Pavel Zarubin öz teleqram kanalında paylaşıb.

Kadrlarda qeyd olunur ki, Putin korteji şəhərin küçələrindən birində dayandırıb və xalqın qarşısına çıxaraq onlarla söhbət edib.

“Salam! Biz səni gözləyirdik, 20 ildir ki, səni gözləyirəm! – yerli sakinlərdən biri etiraf edib.

Vətəndaşlar görüşü smartfonlarında lentə alıb və prezidentin əlini sıxmaq üçün əl uzadıblar. Putin hər kəsi səmimi salamlayıb.

Qeyd edək ki, Rusiya lideri martın 25-də Torjoka səfər etməyi planlaşdırdığını, lakin “Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar səfəri təxirə saldığını bildirib.

QAZİLER.AZ

Diaspora