Azərbaycan stolüstü tennisçisi Fransada qızıl medal qazanıb

Azərbaycan stolüstü tennisçisi Fransada qızıl medal qazanıb backend

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə “WTT Youth Contender” turnirində qızıl medal qazanıb.

QAZİLER.AZ  Trend-ə istinadən xəbər ki, o, Fransanın Mets şəhərində keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qrup mərhələsində maksimum nəticə göstərən Quluzada 1/4 final və yarımfinalda yerli tennisçiləri məğlub edib. Onur həlledici görüşdə ispaniyalı rəqibinə qalib gələrək, qızıl medala yiyələnib.

Qeyd edək ki, Onur 4 gün əvvəl Belçikada Spa şəhərində keçirilən analoji turnirdə bürünc medala layiq görülüb. Digər təmsilçimiz Yağmur Məmmədli isə mükafatçılar sırasına düşə bilməyib.

 

 

Diaspora