Altayda 3 uşağın öldüyü yanğın yerindən video yayılıb - VİDEO

Altayda 3 uşağın öldüyü yanğın yerindən video yayılıb - VİDEO backend

Rusiyanın Altay diyarının Blaqoveşenka kəndində yanan evdə olan 3 uşaq faciəli şəkildə ölüb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, çoxuşaqlı ailənin evində baş verən yanğın nəticəsində uşaqların hamısı ölüb.

Hadisə yerindən video yayılıb. Bu barədə Rusiyanın Altay ərazisi üzrə İstintaq İdarəsi məlumat yayıb.

Videogörüntülərdən görünür ki, yanğın binanın içərisinə ciddi ziyan vurub.

Evdə Fövqəladə Hallar Nazirliyinin, polisin və istintaq komitəsinin mütəxəssisləri işləyir.

QAZİLER.AZ

Diaspora