Zelenski Putini zəiflətmək üçün Ukraynaya lazım olan "Patriot" sistemlərinin sayını açıqlayıb

Zelenski Putini zəiflətmək üçün Ukraynaya lazım olan "Patriot" sistemlərinin sayını açıqlayıb backend

Rusiya diktatoru Vladimir Putini zəiflətmək üçün Ukraynaya ABŞ-dan 5-7 "Patriot" hava hücumundan müdafiə sistemi lazımdır.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatına istinadən xəbər verir.

"ABŞ-dan 5-7 Patriot hava hücumundan müdafiə sistemi bu gün Ukraynadakı sənaye platformalarını qoruyar" deyə Ukrayna prezidenti deyib.

Onun sözlərinə görə, bu, ukraynalıların işə getməsinə imkan verəcək. Həm də bu cür qorunma sayəsində məktəblər fəaliyyət göstərəcək və uşaqlar məktəbə gedəcəklər.

"İnanın mənə, irəliyə doğru addımlar olacaq. Bu da onun (Putin - red.) zəifləməsi olacaq", - prezident əlavə edib.

QAZİLER.AZ

Diaspora