Ukraynada 50 mindən çox insan itkin düşmüş hesab olunur

Ukraynada 50 mindən çox insan itkin düşmüş hesab olunur backend

Hazırda Ukraynada 50 mindən çox insan itkin düşmüş hesab olunur. Tammiqyaslı Rusiya istilasına qədər bu rəqəm dörd dəfə az idi.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Milli Polis İdarəsinin rəis müavini Andrey Nebıtov "Facebook"da məlumat verib.

Onun sözlərinə görə, genişmiqyaslı müharibəyə qədər 12 292 ukraynalı itkin düşmüş hesab edilib.

"Rusiya işğalı başlayandan bəri itkin düşənlərin sayı 4 dəfə artıb. Bu gün 50 150 nəfər tapılmayıb", - Nebıtov bildirib.

O qeyd edib ki, cəbhədəki gözlənilməz vəziyyət, Rusiyanın şəhərlərə kütləvi hücumları, əhalinin miqrasiyası və ərazilərin müvəqqəti işğalı məlumatların toplanması və yoxlanılmasını çətinləşdirir.

Onun sözlərinə görə, cinayət axtarış şöbəsində iş yükü artıb, lakin “əməliyyatçılar maksimum işləyir və hər bir insan taleyi uğrunda mübarizəni davam etdirirlər”.

QAZİLER.AZ

 

 

Diaspora