Dəfn mərasimindən qayıdanları daşıyan taksi baryerə çırpıldı: 4 yaralı

Dəfn mərasimindən qayıdanları daşıyan taksi baryerə çırpıldı: 4 yaralı backend

Türkiyənin Rize şəhərində dəfn mərasimindən qayıdan insanları daşıyan taksi baryerə çırpılıb. Yol qəzasında xəsarət alan 4 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Qara dəniz sahil yolunun Uzunkaya adlanan hissəsində  taksi yol kənarındakı maneələrə çırpılıb.

Xəbər üzərinə qəza yerinə sağlamlıq, polis və xilasetmə qrupları gəlib.

Yaralı sürücü və avtomobildə olan 3 nəfər 112 Təcili Tibbi Yardım qrupları tərəfindən xəstəxanalara göndərilib.

Taksidəki şəxslərin İyidere rayonundakı qohumlarının dəfnindən qayıtdıqları bildirilir.

QAZİLER.AZ

Diaspora