Azərbaycanın Əməkdar artisti vəfat edib

Azərbaycanın Əməkdar artisti vəfat edib backend

Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib.

Bu barədə "Report"a aktyorun oğlu Rəşad Əliyev məlumat verib.

O qeyd edib ki, əməkdar artist bu gün 78 yaşında vəfat edib. O, sabah "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

Diaspora